AZAL-ın təyyarə qəzasından sağ çıxan ata-oğul: "Dedilər, dənizə düşəcəyik"
Dərvişovlar ailəsinin iki üzvü AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsində qəzaya uğradıqları andan danışıblar.
BAKU.WS "İTV"yə istinadən xəbər verir ki, Tofiq Dərvişov həmin vaxt kiçik oğlu ilə təyyarədə olub.
O Yeni ili böyük oğlu və nəvələri ilə birlikdə qarşılamaq üçün Qazaxıstana gedirmiş. Lakin təyyarənin qəzaya uğraması onun bu planını alt-üst edib.
"Təyyarə bulduların içərisində idi. Hiss edirdik ki, artıq eniş edir. O anda güclü səs gəldi. Baqaj yerləri açılmağa başladı. Daha sonra təyyarə göyə qalxdı. Hiss edirdik ki, artıq yuxarı qalxırıq. Həmin vaxt gördüm ayağım yandı. Əyildim baxdım ki, təyyarə deşilib. Azca hava gəlir. Ayağımla o yeri bağladım. Daha sonra təyyarə yerə dəyəndə hiss etdik. Ayılanda ilk oğlumu çağırdım" -deyə Tofiq Dərvişov qeyd edib.
Samir Dərvişov isə qəza anı sərnişinlərə verilən təlimatlardan danışıb. O sərnişinlərə dənizə düşüləcəyi təlimatı verildiyini bildirib:
"Təyyarə enmək istəyirdi, alınmırdı. O anda dedilər ki, dənizə düşəcəyik. Bu barədə biz rus-ingilis-azərbaycan dillərində məlumat verildi. Bizə dedilər ki, təhlükəsizlik jiletlərinizi əyninizə geyinin. Həmin vaxt təyyarədə neçə qapı və neçə çıxış olduğu bizə məlumat verildi. Həmin vaxt hamı qorxu və təşviş içində idi".
Ətraflı videoda:
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı anım tədbiri keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib













