Ballıca kəndindəki mebel müəssisəsində 80 nəfər daimi işlə təmin olunub
Far.Az xəbər saytı

Ballıca kəndindəki mebel müəssisəsində 80 nəfər daimi işlə təmin olunub


Xocalı rayonunun Ballıca kəndində istifadəyə verilən "Accurate Az" MMC-nin müəssisəsində 80 nəfər daimi işlə təmin olunub.

"Far.Az"un Xocalıya ezam olunan əməkdaşının məlumatına görə, bu barədə Prezidentin izi ilə rayona təşkil olunan mediatur çərçivəsində jurnalistlərə informasiya verilib.

Bildirilib ki, müəssisə Almaniya, Yaponiya, Türkiyə, İsveçrə, İtaliya və Çindən gətirilən qabaqcıl texnologiya və avadanlıqları ilə təchiz olunub. Burada ildə 20 çeşiddə 240 min ədəd ofis mebeli və 4 milyon ədəd mebel aksesuarı istehsal ediləcək. Məhsulların 60 faizi ixraca, 40 faizi daxili bazara yönəldiləcək. Xammaldan hazır məhsula qədər ofis mebeli istehsalının bütün mərhələləri müəssisədə həyata keçiriləcək.

Layihənin ümumi dəyəri 20 milyon manat təşkil edir. Bunun reallaşdırılması üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 7 milyon manat güzəştli kredit verilib. Müəssisə həmçinin işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün tətbiq olunan güzəşt və stimullardan yararlanıb.

Müəssisənin fəaliyyətə başlaması Qarabağda mebel istehsalı sahəsinin formalaşmasına, yerli istehsalın genişlənməsi və ixrac potensialının artırılmasına, həmçinin işğaldan azad olunmuş ərazilərdə əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə töhfə verəcək. Hazırda burada 80 nəfər üçün daimi iş yeri yaradılıb, növbəti mərhələlərdə isə 450 daimi iş yerinin yaradılması planlaşdırılır.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 23-də Xocalı rayonunun Ballıca kəndində "Accurate Az" MMC-nin ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsinin açılışında iştirak edib.

Oxşar xəbərlər

Prezidentin izi ilə - ZƏNGİLANDAN FOTOREPORTAJ
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər