"Düşünə bilməzdim ki, sərnişin təyyarəsini vura bilərlər" - Aktau faciəsindən bir il keçdi
"Ötən bu bir il mənim həyatımın ən çətin və dözülməz bir dövrü oldu. Hadisənin baş verdiyini öyrəndiyim zaman bunu qəbul etmək, başa düşmək çox ağrılı oldu.
Amma zaman keçdikcə dərk edirsən ki, gedənlər artıq sənin həyatında olmayacaqlar. Başa düşürəm ki, o, bir daha zəng vurmayacaq, "ana, mən artıq çatmışam, evdəyəm" deməyəcək".
Bu sözləri AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin şəhid pilotlarından biri, Milli Qəhrəman Aleksandr Kalyaninovun anası Yelena Kalyaninova deyib.
O, hələ də oğlunun yoxluğuna inana bilmədiyini söyləyib: "Düşünürəm ki, insanlar "zaman sağaldır" dedikdə düz demirlər. Bu, belə deyil. Gün keçdikcə daha ağrılı olur. Elə bilirəm ki, mənə nə isə olur və bütün bunlar sabah bitəcək. Bunların real olduğuna inanmaq istəmirəm. Elə bilirəm, oğlum gələcək. Mən düşünürdüm ki, onu həyatda baş verə biləcək istənilən çətinliklərdən xilas edə biləcəyəm. Amma bu dəfə bacarmadım, onu xilas edə bilmədim".
Yelena Kalyaninova qeyd edib ki, heç vaxt ağlına gəlməzdi ki, belə bir hadisə baş verə bilər: "Çünki avtomobil qəzasında daha çox insan həlak olur, nəinki təyyarə qəzasında. Təyyarə qəzası çox az baş verən bir hadisədir. Düşünə bilməzdim ki, sərnişin təyyarəsini vura bilərlər".
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xalq rəssamı: İş rejimim çox ağırdır, akademiyadan emalatxanaya gələndə maşında yatıram – MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq













