Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur
Far.Az xəbər saytı

Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur


Heydər Əliyev Fondu Antalyada davam edən COP31 çərçivəsində pavilyonla təmsil olunur.

Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, pavilyon Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə təşəbbüsü əsasında yaradılıb.

Belə birgə pavilyonun yaradılması ideyası ilk dəfə 2024-cü ildə Bakıda keçirilən COP29 zamanı yaranıb. Həmin konfrans çərçivəsində təşkil edilən pavilyon ən çox ziyarət edilən pavilyonlardan biri olub.

Pavilyonda Heydər Əliyev Fondunun sosial, mədəniyyət, təhsil, səhiyyə, yenidənqurma və bərpa, ətraf mühitin mühafizəsi və digər istiqamətlərdə həyata keçirdiyi layihələr foto və videomateriallar vasitəsilə təqdim olunur.

Burada hər iki fondun fəaliyyətinə dair müxtəlif materiallarla yanaşı, interaktiv layihələr də nümayiş etdirilir.

Oxşar xəbərlər

Heydər Əliyev Fondu COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər