Ev sahibini öldürüb üstündə it damı tikdi - Xaçmazda dəhşətli qətl
Xaçmazda 2 il öncə itkin düşən şəxsin qətlə yetirilməsinə dair hadisənin bəzi detalları üzə çıxıb.
BAKU.WS "Shimal News"a istinadən xəbər verir ki, araşdırmalar zamanı bəlli olub ki, Ə. Əkbərov bir müddət əvvəl ailəsindən ayrılıb və ona məxsus evdə şübhəli S. Həsənəliyev kirayəçi kimi yaşayıb.
Belə ki, usta işləyən kirayəçi ev sahibini ov tüfəngi ilə qətlə yetirdikdən sonra cinayətin izini itirmək üçün ağlasığmaz üsula əl atıb. O, meyiti evin həyətində basdırıb və həmin yerin üzərində it damı inşa edib.
Hadisədən sonra Ə.Əkbərovun taleyi ilə maraqlanan şəxslərə isə kirayəçi yalan məlumatlar verib. O, ev sahibinin aliment borcları olduğu üçün hüquq-mühafizə orqanlarından gizləndiyini iddia edib. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Ə. Əkbərov 3 il ərzində aliment ödəmədiyi üçün hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.
Əməliyyat tədbirləri nəticəsində isə onun kirayəçisi Surəddin Həsənəliyev tərəfindən ov tüfəngi ilə qətlə yetirildiyi və meyitinin evin həyətində basdırıldığı üzə çıxıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda kafenin qarşısında dəhşətli QƏTL: "Moyka" biznesi ölümlə bitdi
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Əhmədin DƏHŞƏTLİ ETİRAFLARI: "Kimsə mənə deyirdi ki, ailə üzvlərimi öldürməliyəm"
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib













