COP31 Konfransına Prezident təyin olundu
Far.Az xəbər saytı

COP31 Konfransına Prezident təyin olundu


Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) rəhbərlik edəcək şəxs müəyyənləşib.

Far.Az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərara əsasən, ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum UNFCCC çərçivəsində keçiriləcək COP31-in Prezidenti vəzifəsinə təyin edilib.

Rəsmi Qəzetdə dərc olunan sənəddə bildirilir ki, COP31 tədbiri 2026-cı il 9–20 noyabr tarixlərində Antalyada yerləşən EXPO sərgi mərkəzində baş tutacaq.

Qeyd olunur ki, konfrans çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə sahəsində daha konkret və təsirli təşəbbüslərin irəli sürülməsi nəzərdə tutulur. Türkiyə tərəfi beynəlxalq ictimaiyyəti COP31 üçün Antalyada qəbul etməyə tam hazır olduğunu bəyan edib.

Oxşar xəbərlər

Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Leyla Əliyeva və Arzu Əliyeva arıçılıq məhsullarının sərgi-satış yarmarkasını ziyarət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər