Azərbaycan Monqolustana nar tədarük etməyə başlayıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 20,5 milyon ABŞ dolları dəyərində 21 min 383 ton nar ixrac edib.
"Far.Az"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 25 %, kəmiyyət olaraq – 15 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 17,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20 % çox) 17 min 502 ton (+9 %), Ukraynaya 1,5 milyon ABŞ dolları dəyərində (+82 %) 1 min 474 ton (+83 %), Gürcüstana 1 milyon ABŞ dolları dəyərində (+39 %) 1 min 684 ton (+35 %), Qazaxıstana 252 min ABŞ dolları dəyərində (+63 %) 370 ton (+69 %), Belarusa 162 min ABŞ dolları dəyərində (+20 %) 162 ton (+7 %) məhsul satıb.
Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Monqolustana tədarük (4,3 min ABŞ dolları dəyərində 5,4 ton) həyata keçirilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













