Leyla Əliyeva "ANİMAFİLM Studio"nun qonağı olub
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva "ANİMAFİLM Studio" yaradıcı heyəti ilə görüşüb.
"Far.Az" xəbər verir ki, görüş zamanı Leyla Əliyeva studiyanın əməkdaşları ilə səmimi söhbət aparıb, yaradıcı şəxslərlə birlikdə ölkəmizdə animasiya sənətinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi edib. Görüşdə studiyanın direktoru Rəşid Ağamalıyev, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Elçin Hami Axundov və studiyanın əməkdaşları iştirak ediblər.
Leyla Əliyevaya studiyada istehsal olunan yeni animasiya filmləri təqdim edilib. Azərbaycan və Özbəkistan animasiya ustalarının birgə istehsalı olan "Yer və Ay", eləcə də Azərbaycan, Polşa və Almaniya animasiya mütəxəssislərinin əməkdaşlığı ilə ərsəyə gələn "Yulaf dönərgə" qısametrajlı animasiya filmlərinə baxılıb.
Bununla yanaşı, Leyla Əliyeva "ANİMAFİLM Studio" tərəfindən istehsalına başlanmış "İsi və Piti" adlı yeni uşaq animasiya serialının ilk iki seriyasının ilkin variantları ilə tanış olub. Təqdimat zamanı bildirilib ki, serial uşaqlara Azərbaycanı, onun milli-mədəni dəyərlərini, eləcə də müasir dövrdə inkişaf edən sənət sahələrini tanıtmaq baxımından mühüm maarifləndirici əhəmiyyət daşıyır.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Madyarla Lyayen Macarıstan üçün 17 milyard avronun blokdan çıxarılması barədə razılığa gəliblər
-
"Brent" markalı neftin qiyməti dörd illik maksimuma çatır
-
BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər
-
Bakı və Abşeronda torpaq sahələrinin QİYMƏTLƏRİ - SİYAHI
-
ADNA-da törədilən terror aktından 17 il ötür
-
WSJ: ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb













