"Mançester Yunayted" yeni hücumçu ilə danışıqlar aparır
Far.Az xəbər saytı

"Mançester Yunayted" yeni hücumçu ilə danışıqlar aparır


İngiltərə təmsilçisi "Mançester Yunayted" Mali millisinin və Fransanın "Oser" klubunun hücumçusu Lassin Sinayoko ilə danışıqlar aparır.

"Far.Az" "Africafoot"a istinadən xəbər verir ki, danışıqlar müsbət məcrada davam edir və "qırmızı şeytanlar" 26 yaşlı oyunçunu qış fasiləsində heyətinə qatmağı planlaşdırır.

Forvardın Liqa 1 kollektivi ilə müqaviləsinin müddəti yayda başa çatacaq.

Qeyd edək ki, Sinayoko bu mövsüm "Oser"in heyətində 16 oyunda meydana çıxıb, altı qol vurub və iki məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onun bazar dəyərini 7 milyon avro qiymətləndirir.

Oxşar xəbərlər

Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
SOCAR-ın kollektivi Anım Günü ilə əlaqədar Zəfər abidəsini ziyarət edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan boksçuları İslamiadanı 6 medalla başa vurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər