Ramanada pirotexniki vasitələrin gizli satıldığı anbar aşkarlanıb
Sabunçu rayonunda 803 qutu pirotexniki vasitə aşkarlanıb.
Far.Az DİN-ə istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Ramana qəsəbəsi Şuşa şəhərciyində pirotexniki vasitələrin gizli şəkildə satıldığı anbar aşkarlanıb. Tədbir zamanı pirotexniki və tezalışan maddələrin satışını təşkil edən 38 yaşlı N.Şükürov saxlanılıb. Ondan 803 qutu səs və 6372 ədəd işıq effekti yaradan pirotexniki vasitə aşkar edilib. Həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
Qeyd edilib ki, ötən həftə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışına qarşı həyata keçirilən tədbirlər zamanı 25 fakt aşkarlanıb. Saxlanılan şəxslər barəsində müvafiq tədbirlər görülüb. Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Ağstafa və Ramanada qanunsuz saxlanılan heyvanlar IDEA-nın təşəbbüsü ilə xilas edilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Zəfər Günü münasibətilə Ağdam və Xocavənd rayonlarında ağacəkmə aksiyaları keçirilib













