"Şəfa"nın baş məşqçisi: "Çempionluq üçün uyğun şərait yaradılıb və büdcə ayrılıb"
Azərbaycan I Liqasının fasiləyə qədər olan hissəsini məğlubiyyətsiz başa vuran "Şəfa"da çempionluq üçün uyğun şərait yaradılıb və büdcə ayrılıb.
Bunu "Far.Az"a açıqlamasında komandanın baş məşqçisi Elgiz Kərəmli deyib.
Mütəxəssis çempionluq uğrunda mübarizə apardıqlarını söyləyib:
"Əvvəlcədən məqsəd çempionluq olduğu üçün buna uyğun şərait yaradılıb və büdcə ayrılıb. Həmçinin uğurlu seleksiya apardıq. Yaxşı komanda formalaşdırdıq, təşkilatlandıq və baxımlı futbol sərgilədik. Bunlar pillə-pillə görülən işlərdir. Hansısa biri olmadıqda, nəticə qazanamaq qeyri-mümkündür. Hər şeyi dəqiq hesabladıq, düzgün iş gördük deyə, nəticə də qazandıq. Bu sabitliyi qoruyub saxlamaq bizdən asılıdır. İşimizi eyni qaydada davam etdirsək, sabitliyi qoruyub saxlaya bilsək, əlbəttə, uğurlu nəticələrin davamı gələcək".
O, qış fasiləsində heyəti gücləndirəcəklərini bildirib:
"Düşünürük ki, fasilədə rəqiblər də güclənəcək. Çempionatın ağırlığı, yükü artacaq. Təbii ki, biz də buna uyğun heyəti gücləndirəcəyik. Çox da böyük transferlər gözlənilmir. Sadəcə, hücum xəttinə bir-iki futbolçu cəlb edəcəyik. Komandadan gedənlər də olacaq. Premyer Liqaya vəsiqə qazanacağımız təqdirdə, kim bizə uyğun olacaqsa, kömək edəcəksə, onları komandada saxlayacağıq".
Qeyd edək ki, "Şəfa" hazırda 30 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Komanda geridə qalan 12 turda 9 qələbə qazanıb, 3 heç-heçə edib.
Oxşar xəbərlər
Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Misli"nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Daşkəsəndə Zəfər Günü təntənəli bayram konserti ilə qeyd edilib













