"Yuventus" və "Barselona"nın sabiq yarımmüdafiəçisi karyerasını bitirib
Far.Az xəbər saytı

"Yuventus" və "Barselona"nın sabiq yarımmüdafiəçisi karyerasını bitirib


"Yuventus" (İtaliya) və "Barselona"nın (İspaniya) sabiq yarımmüdafiəçisi Miralem Pyaniç karyerasını bitirib.

"Far.Az" "Tuttosport"a istinadən xəbər verir ki, futbolçu artıq oynamayacağını bildirib.

O, hazırda Dubayda yaşadığını, karyerasını başa vurduğunu və övladının tərbiyəsi ilə məşğul olacağını söyləyib.

Qeyd edək ki, 35 yaşlı futbolçu karyerası ərzində "Mets", "Lion" (hər ikisi Fransa), "Roma", "Yuventus" (Hər ikisi İtaliya), "Barselona" (İspaniya), "Beşiktaş" (Türkiyə) və "Şarjah"ın (BƏƏ) şərəfini qoruyub. M.Pyaniç 2008-2024-cü illər ərzində Bosniya və Herseqovina millisinin heyətində meydana çıxdığı 115 oyunda 18 qolla yadda qalıb.

Oxşar xəbərlər

Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
BƏƏ Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Birinci vitse-prezident Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb
Azərbaycan və BƏƏ prezidentləri Şuşada güllələnmiş heykəllərə baxıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər