Azərbaycana gətirilən reaktiv mühərrik yanacaqları üçün vergi və rüsum güzəştinin müddəti 1 il uzadılıb
Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri" ilə bağlı qərarında dəişiklik edib.
"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, ölkəyə idxal olunan reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq və digər yanacaq növləri gələn ilin sonuna qədər (daha 1 il) 15 %-lik gömrük rüsumundan azad edilib.
Bundan başqa, Nazirlər Kabineti 19 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə dəyişiklik edib.
Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, ölkəyə gətirilən reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq və digər yanacaq növlərinin 1 tonu üçün aksiz vergisinin 80 manatdan 1 manata endirilməsi müddəti gələn ilin sonuna qədər (daha 1 il) uzadılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycana xaricdən gətirilən UCUZ ƏTLƏR: 11 manatdan başlayır
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanda 3 milyon vətəndaşı əhatə edən artımlar: Sosial rifaha xidmət edən güclü sosial siyasət
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













