Deputat ixtisarlardan danışdı: "Ən savadlılar işdən çıxarılırlar"
Far.Az xəbər saytı

Deputat ixtisarlardan danışdı: "Ən savadlılar işdən çıxarılırlar"


"Regionlarda kadr islahatları gedir, müəyyən yerlərdə ixtisarlar aparılır".

Far.Az Oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin iclasındakı çıxışı zamanı deyib.

O bildirib ki, şişirdilmiş rəqəmlər var, ayrı-ayrı nazirliklərdə, strukturlarda o ixtisarlar həyata keçirilir:

"O cümlədən də regionlarda o icra hakimiyyətləri və yerli icra nümayəndəliklərində, yerli icra nümayəndəliklərində dörd nəfər işləyir, onun da ikisi ixtisara gedir. Bir kənd qalır iki nəfərin ixtiyarında. Bizim qanunvericiliyin tələblərinə görə, şəhid ailələri, Qarabağ müharibəsi veteranları, Əfqanıstan müharibəsi veteranları, Çernobıl əlilləri, ondan sonra əlil olan şəxslər, himayəsində azyaşlı olan şəxslər, himayəsində xəstə olan şəxslər növbəti mərhələdə düşürlər ixtisara, yəni dərhal düşmürlər, sonra əgər zərurət yaranırsa, onda ixtisara düşə bilərlər".

Komitə sədri əlavə edib ki, həkimlərdən müraciət olunur ki, ən savadlı həkimlər ixtisara düşür:

"Yəni iş təcrübəsi azdır və ya dediyim kateqoriyalara uyğun gəlmədiyinə görə ixtisara düşürlər. Ona görə də bu məsələyə diqqət yetirmək lazımdır".

Oxşar xəbərlər

Türkiyə mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Qusarda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün iki çoxmənzilli yaşayış binası inşa olunur
Rusiya mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını işıqlandırıb
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər