AZAL-ın xalis mənfəəti 86 %-ə yaxın artıb
Far.Az xəbər saytı

AZAL-ın xalis mənfəəti 86 %-ə yaxın artıb


"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2024-cü ili 216,666 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 85,8 % çoxdur.

Ötən il AZAL-ın daşımalar üzrə və digər gəlirləri 1 milyard 954,533 milyon manat (əvvəlki ilə nisbətən 33,2 % çox), əməliyyat icarəsi üzrə gəlirləri 17,86 milyon manat (3 dəfə çox), hökumətdən aldığı subsidiyalar 22,4 milyon manat (5,5 % çox), yanacaq xərcləri 456,141 milyon manat (37,4 % çox), işçi heyəti üzrə xərcləri 250,112 milyon manat (45,7 % çox), amortizasiya xərcləri 206,076 milyon manat (31,2 % çox), hava gəmiləri və digər əsas vəsaitlərə texniki xidmət xərcləri 153,109 milyon manat (97,4 % çox), sair əməliyyat xərcləri 624,362 milyon manat (39 % çox), maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə zərərinin qaytarılması üzrə xərcləri 8,361 milyon manat (əvvəlki il gəlir olub), sair gəlirləri 24,24 milyon manat (4,4 dəfə çox), maliyyə-faiz gəlirləri 9,515 milyon manat (2,8 dəfə çox), maliyyə xərcləri 40,512 milyon manat (4 dəfə az), məzənnə fərqi üzrə xalis zərəri 3,045 milyon manat (3,7 dəfə az), mənfəət vergisi ödəmələri 70,164 milyon manat (2,4 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə AZAL-ın aktivləri 2 milyard 930,726 milyon manat olub ki, bu da illik müqayisədə 12,1 % çoxdur. Hesabat dövründə aviaşirkətin öhdəlikləri 3,9 dəfə azalaraq 802,153 milyon manata düşüb, balans kapitalı isə 2 milyard 128,573 milyon manat (əvvəlki il kapital çatışmazlığı olub) olub.

Xatırladaq ki, AZAL 1992-ci ildə yaradılıb, ölkənin milli aviadaşıyıcısıdır. Onun nizamnamə kapitalı 823,975 milyon manatdır. Aviaşirkətin qərargahı Bakıda - Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Milli Məclis 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
2025-ci ildə Azərbaycanın təbii qaz gəlirləri 6,7 milyard dollar olub - STATİSTİKA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər