Dünya çempionatı: Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticəni Teymur Rəcəbov göstərib
Qətərin paytaxtı Doha şəhərində keçirilən sürətli və blits üzrə şahmatdan dünya çempionatı sona yaxınlaşır.
"Far.Az" xəbər verir ki, Azərbaycan turnirdə ümumilikdə 17 şahmatçı ilə təmsil olunub.
Kişilərin yarışında Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov, Nicat Abasov, Maqomed Muradlı, Xaqan Əhməd, Read Səmədov və Murad İbrahimli mübarizə aparıblar.
Blits yarışında 19 turdan sonra Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticəni 12,5 xalla Teymur Rəcəbov göstərib və 12-ci yeri tutub.
Qadınların turnirində isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım Balacayeva, Zeynəb Məmmədyarov, Türkan Məmmədyarov və Mələk İsmayıl çıxış ediblər. 15 turdan sonra Gülnar Məmmədova və Günay Məmmədzadə hər biri 9 xal toplayaraq ən yaxşı nəticəyə imza atıblar. Məmmədova 33-cü, Məmmədzadə isə 36-cı yeri tutub.
Qeyd edək ki, blits yarışı dünya çempionatının beşinci günündə başa çatır. Yarışın tamamlanmasından dərhal sonra yarımfinal görüşləri, ardınca isə final oyunu keçiriləcək.
Daha əvvəl sürətli şahmat üzrə kişilərin yarışında Şəhriyar Məmmədyarov 9 xalla 13-cü yeri tutub. Turnirin qalibi 10,5 xal toplayan norveçli Maqnus Karlsen olub. Qadınlar arasında sürətli şahmat yarışında isə Günay Məmmədzadə 6,5 xalla 34-cü yeri tutaraq Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticəni göstərib. Bu yarışın qalibi FIDE bayrağı altında çıxış edən Aleksandra Qoryaçkina olub.
Dünya çempionatının ümumi mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir.
Oxşar xəbərlər
Azərbaycan şahmatçıları qalib olublar
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Beynəlxalq səyyahlar Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir?
-
FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
-
Azərbaycanın U-20 millisi yoldaşlıq oyununda bu gün Moldova ilə qarşılaşacaq
-
Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
Prezident: Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk













