"Traktor" futbol klubu ətrafında nə baş verir?
Far.Az xəbər saytı

"Traktor" futbol klubu ətrafında nə baş verir?


"Son günlər Təbrizdə yalnız futbol komandası deyil, Güney Azərbaycanın səsi və İranda Azərbaycan-türk kimliyinin rəmzi olan "Traktor" klubu ətrafında narahatlıq doğuran hadisələr və səs-küylü qalmaqallar yaşanır. Görünən odur ki, "Traktor"un parlaq nailiyyətləri, eləcə də onun keçirdiyi oyunlarda Azərbaycan milli ruhu və iradəsinin getdikcə daha aydın və gur eşidilən ifadəsi Tehranda bəlli dairələri, dəqiq desək, "iranşəhri" düşüncəsinin tərəfdarlarını ciddi şəkildə narahat edir və onlar bu səsi boğmaq üçün hər yola əl atmağa başlayıblar".

Bu barədə "Azad İran" "YouTube" kanalının yayımladığı videosüjetdə deyilir.

"İşin ən paradoksal cəhəti budur ki, özləri şovinizm və paniranizm mərəzinə mübtəla olanlar "Traktor" azarkeşlərini pantürkizmdə və separatçılıqda ittiham edirlər. Bu misilsiz həyasızlığa "Traktor" klubunun sahibi, təbrizli iş adamı Məhəmmədrza Zünuzi tutarlı bir şəkildə cavab verərək deyib: "Biz panfarsları tanıyırıq, amma pantürk yoxumuzdur. Min ildir ki, İranı saxlayan türklərdir".

Zünuzi mənsub olduğu xalqa qarşı təhqirlərə son qoyulması üçün ən radikal addıma da hazır olduğunu bildirərək əlavə edib: "Mən türklərin və azərbaycanlıların söyülməsi üçün pul xərcləmirəm. Bu irqçi davranışların cavabı verilməyincə, rəsmən bəyan edirəm ki, komandanı oyuna buraxmayacağam".

Bu, onu göstərir ki, həmin panfarsların sayəsində İran futbolu idman olmaqdan çıxaraq etnik qarşıdurma və ideoloji mübarizə meydanına çevrilib. Ən dəhşətlisi isə, fars şovinizminin təmsilçiləri, necə deyərlər, öz adlarını "Traktor" azarkeşi olan türklərə qoymağa, bununla İranda türklərə qarşı uzun tarixə malik ayrı-seçkilik və aşağılama siyasətinə haqq qazandırmağa çalışırlar. Bu işdə İran idmanına rəhbərlik edən rəsmi qurumlara, o cümlədən Futbol Federasiyasına hökumət mediası və dövlət televiziyası da dəstək verir", - deyə materialda bildirilir.

Oxşar xəbərlər

Heydər Əliyevin anım günü Təbrizdə qeyd olunub
Türkiyədə məşhurlara qarşı istintaq davam edir - Yusuf Güney saxlanıldı
Bakı-Qazax yolunda traktorla maşın toqquşdu - Traktor aşdı
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Həyat yoldaşını klipinə çəkən AZƏRBAYCANLI MƏŞHURLAR - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər