Bürclərə uyğun sürücülərin qəzalara meyillilikləri açıqlandı
Far.Az xəbər saytı

Bürclərə uyğun sürücülərin qəzalara meyillilikləri açıqlandı


2025-ci ildə ən çox qəzalara Oğlaq və Şir bürcləri altında doğulan sürücülər səbəb olublar.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Rusiyanın "VSK Sığorta Evi"nin analitikləri icbari avtomobil sığortası (OSAGO) üzrə illik statistikanı təhlil etdikdən sonra belə qənaətə gəliblər.

Nəticələrə əsasən, 2025-ci ildə ən çox qəzaya meyilli beş bürc Oğlaq, Şir, Buğa, Qoç və Xərçəng olub. Onlar bütün qeydə alınan qəzaların 44%-dən çoxunu törədiblər. Analitiklər, həmçinin qeyd edirlər ki, əvvəlki ilin analoji reytinqi ilə müqayisədə Əkizlər ilk beşlikdən çıxıb, Əqrəblər və Oxatanlar isə ən diqqətli sürücülər olublar.

Yaş qruplarını nəzərə alaraq, sığortaçılar 40-49 yaş arası avtomobil sahiblərini, xüsusən də Şir və Qoç bürclərindən olanları ən təhlükəli sürücülər adlandırıblar. Oxatan və Əqrəb bürcləri altında doğulmuş 29 yaşdan kiçik sürücülərin qəzaya düşmə ehtimalı isə ən aşağı səviyyədədir.

Qəzalar üzrə ilin lideri olan Oğlaq bürcü sürücülər üçün sığortaçılar KIA avtomobillərindən istifadə etməyi tövsiyə edirlər. Statistik olaraq, bu, qəza riskini azaldır. "Toyota" Şir və Qoç bürcləri, "Hyundai" Buğa bürcü, "Lada" isə Xərçəng bürcü üçün ən təhlükəsiz marka seçilib.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər