İsveçrədə xizək kurortunda dəhşətli partlayış: ölən və yaralananlar var
İsveçrənin Alp dağlarında yerləşən məşhur və elit xizək kurortu Krans-Montanada Yeni il gecəsi faciə ilə yadda qalıb.
Far.Az xəbər verir ki, kurort ərazisində fəaliyyət göstərən barlardan birində baş verən güclü partlayış nəticəsində çoxsaylı insan tələfatı qeydə alınıb.
2026-cı il yanvarın 1-nə keçən gecə, təxminən saat 01:30-da "Le Constellation" adlı iki mərtəbəli əyləncə məkanında naməlum səbəbdən partlayış baş verib. Hadisədən dərhal sonra binanı əhatə edən geniş yanğın alovlanıb.
Valais kanton polisinin nümayəndəsi Gaetan Lathion insident zamanı ölənlərin olduğunu təsdiqləyib. Hadisə şahidlərinin və təcili tibbi yardım əməkdaşlarının verdiyi məlumata əsasən, partlayış nəticəsində onlarla insan ağır xəsarət alıb, ölənlərin sayı isə hələlik dəqiqləşdirilir.
Hazırda hadisənin səbəbləri araşdırılır, əraziyə əlavə xilasedici və yanğınsöndürən qüvvələr cəlb olunub.
❗️🇨🇭 ALERTE INFO • Plusieurs morts après une explosion dans un bar à Crans-Montana, en Suisse. Des personnes ont également été gravement blessées. (médias locaux) pic.twitter.com/PbUtjXZ77e
— FOCUS (@FocusFR_) January 1, 2026
Oxşar xəbərlər
Bakıda gecə əyləncə klubunun fəaliyyəti dayandırılıb
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Bakının mərkəzində əyləncə məkanının fəaliyyəti dayandırıldı
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur













