İsveçrədə kurortda partlayış olub, ölənlərin sayı 40-a çatıb, azı 100 nəfər yaralanıb - YENİLƏNİB-2
Far.Az xəbər saytı

İsveçrədə kurortda partlayış olub, ölənlərin sayı 40-a çatıb, azı 100 nəfər yaralanıb - YENİLƏNİB-2


İsveçrənin Kran-Montana dağ-xizək kurortundakı barda baş verən partlayış nəticəsində təxminən 40 nəfər ölüb.

"Far.Az" xəbər verir ki, bu barədə "Le Nouvelliste" qəzeti məlumat yayıb.

Məlumata görə, azı 100 nəfər yaralanıb.

KİV-in məlumatına görə, kurortda bir neçə partlayış baş verib.

Lakin hadisəyə baxmayaraq, kurort fəaliyyətini davam etdirir.

İsveçrədə dağ-xizək kurortunda bir barda baş verən partlayış nəticəsində azı 10 nəfər ölüb.

"Far.Az" xəbər verir ki, bu barədə "Sky News" telekanalı polisə istinadən məlumat yayıb.

Eyni zamanda, 10 nəfərin yaralandığı bildirilib.

Telekanalın məlumatına görə, İsveçrə polisi hadisəni terror aktı hesab etmir.

İsveçrənin Kran-Montana dağ-xizək kurortunda bir kafedə partlayış baş verib, bir neçə nəfər ölüb.

"Far.Az" xəbər verir ki, bu barədə AFP agentliyi polisə istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, hadisə nəticəsində yaralananlar da var. Lakin onların sayı dəqiqləşdirilməyib.

Oxşar xəbərlər

Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
İsveçrədə dağ-xizək kurortunda partlayış olub, 10 nəfər ölüb - YENİLƏNİB
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bu ölkədə seldən ölənlərin sayı 64-ə yüksəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər