Sənan Süleymanov: Qızıl medal qazanmağın, dünya çempionu olmağın arzusunda olmuşam
Far.Az xəbər saytı

Sənan Süleymanov: Qızıl medal qazanmağın, dünya çempionu olmağın arzusunda olmuşam


"İdmançı kimi qızıl medal qazanmağın, dünya çempionu olmağın arzusunda olmuşam. İki dəfə finalda məğlub olmuşam. Amma bu dəfə həqiqətən çox yaxşı hazırlaşmışdım və istəyimə nail oldum".

"Far.Az" xəbər verir ki, bunu Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov deyib.

O bildirib ki, dünya çempionatında zəif rəqib yoxdur: "İdmançıların hər biri ciddi rəqibdir. Dünya çempionatından əvvəl hansı ölkələrin və idmançıların yarışda iştirak edəcəyi bəlli olur. Təlim-məşq toplanışlarında bütün rəqiblərimizi təhlil edir və buna uyğun hazırlaşırıq. Mən də rəqiblərimi analiz etmiş, hər birinə qarşı hazırlıq görmüşdüm. Düzdür, daha çox medal qazanan idmançılar var idi. Onlara qarşı isə xüsusi hazırlaşmışdım".

Oxşar xəbərlər

Avropa çempionu olan yunan-Roma güləşi üzrə Azərbaycan millisi Vətənə qayıdıb
Güləş üzrə U17 dünya çempionatının açılış mərasimi keçirilib
Birinci vitse-prezident Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb
İslamiada: Azərbaycan güləşçisi gümüş medal qazandı
Dünya çempionatı: Azərbaycan güləşçisi İbrahim Həsənov gümüş medal qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər