Polis əməkdaşları azyaşlını belə xilas etdi
Far.Az xəbər saytı

Polis əməkdaşları azyaşlını belə xilas etdi


Bakının mərkəzi küçələrindən birində baş vermiş yol nəqliyyat hadisəsi zamanı piyada səkisində olan uşağın üzərinə məhəccər aşıb.

Far.Az xəbər verir ki, hadisə nəticəsində uşaq ağır xəsarət alaraq yerə yıxılıb və huşsuz vəziyyətdə qalıb.

Hadisə yerindən keçən polis əməkdaşları vəziyyətin son dərəcə ağır olduğunu anlayaraq dərhal müdaxilə ediblər.

Polis əməkdaşları tərəfindən azyaşlı xidməti avtomobillə təcili xəstəxanaya çatdırılıb. Dərhal cərrahi əməliyyat edilən uşağın həyatını xilas etmək mümkün olub. Hazırda azyaşlının vəziyyəti həkim nəzarəti altındadır.

Oxşar xəbərlər

Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər