Moskva-Gəncə aviareysinin gecikmə səbəbi açıqlandı
Far.Az xəbər saytı

Moskva-Gəncə aviareysinin gecikmə səbəbi açıqlandı


Rusiyanın "Ural Airlines" aviaşirkətinə məxsus U6 2411 Moskva-Gəncə və U6 2412 Gəncə-Moskva reyslərində müşahidə olunan gecikmə Moskva şəhərində əlverişsiz hava şəraiti ilə əlaqədardır.

Far.Az report-a istinadən xəbər verir ki, U6 2411 nömrəli reysin Moskvadan uçuşu yerli vaxtla saat 16:05-ə planlaşdırılıb.

Əvvəlcə Moskva-Gəncə reysinin yerli vaxtla saat 10:00-a, Gəncə-Moskva reysinin isə saat 15:50-yə planlaşdırıldığı bildirilmişdi.

"Report"un Qərb bürosunun məlumatına görə, hazırda Gəncədən Moskvaya gedən təxminən 100 sərnişin uçuşu gözləyir.

Reyslə bağlı daha ətraflı məlumat üçün sərnişinlərə birbaşa aviaşirkətə müraciət etmələri tövsiyə olunur.

Oxşar xəbərlər

Moskva-Gəncə aviareysi əlverişsiz hava şəraiti səbəbindən gecikib
Payız-qış mövsümü ilə bağlı qrip əleyhinə vaksinasiyaya başlanılıb
Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər