İspaniyalı futbolçu 2026-cı ildə meydana çıxmaya bilər
Far.Az xəbər saytı

İspaniyalı futbolçu 2026-cı ildə meydana çıxmaya bilər


ABŞ-nin "Los-Anceles Qelaksi" klubunun ispaniyalı futbolçusu Riki Puç diz zədəsi səbəbindən 2026-cı ildə meydana çıxmaya bilər.

"Far.Az" xəbər verir ki, "Barselona"nın yetirməsi olan 26 yaşlı yarımmüdafiəçi diz əməliyyatı keçirəcək və bu da onun yeni təqvim ilində iştirakını şübhə altına alır.

Əməliyyatın onun əvvəllər zədə aldığı dizində aparılacağı bildirilir. O, sonuncu dəfə 2024-cü ilin dekabrında meydana çıxıb.

Qeyd edək ki, Riki Puç "Los-Anceles Qelaksi"yə 2022-ci ilin yayında "Barselona"dan qoşulub. Onun hazırkı klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin sonuna qədər nəzərdə tutulub.

Oxşar xəbərlər

"Global Media Group" "Xəzəri qoruyaq" ekoloji aksiyasına qoşulub
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər