Erməni xizəkçi Azərbaycana qarşı hərəkətinə görə cərimələndi
Far.Az xəbər saytı

Erməni xizəkçi Azərbaycana qarşı hərəkətinə görə cərimələndi


Xizəkçi Mikael Mikaelyan "Tour de Ski" yarışları zamanı kostyumunun üzərində turnirin sponsorunun "Azərbaycan" yazısını lentlə bağladığına görə Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) tərəfindən cərimələnib.

Far.Az APA-ya istinadən xəbər verir ki, hadisə İtaliyanın Toblax şəhərində keçirilən yarışların birində baş verib. "Tour de Ski" turnirində xizəkçilərin kostyumlarında Azərbaycanın reklamı ilə yanaşı, yarış məkanlarında ölkənin adını əks etdirən iri reklam lövhələri də yerləşdirilib.

Qeyd edək ki, ötən ilin may ayında FIS Azərbaycan Dövlət Turizm Agentliyi ilə 5 il müddətinə sponsorluq sazişi imzalayıb.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Prezident Şahdağ Turizm Kompleksindəki “Lakeside” hotelində aparılan işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər