Astarada ağır yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib
Far.Az xəbər saytı

Astarada ağır yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib


Astara rayonunun Təngərüd kəndi ərazisində baş verən ağır yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.

"Far.Az"un cənub bürosunun məlumatına görə, mikroavtobusun qəzaya uğraması nəticəsində 1996-cı il təvəllüdlü Əfsanə Baxşıyeva və 1961-ci il təvəllüdlü Səyyarə Həsənova vəfat edib.

Xəsarət alan digər şəxslər xəstəxanadan evə buraxılıb.

Astarada ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Far.Az"un cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Astara rayonunun Təngərüd kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Astara–Lənkəran marşrut xətti üzrə hərəkətdə olan "Mercedes Sprinter" markalı mikroavtobusun sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq elektrik dirəyinə çırpılıb və aşıb.

İlkin məlumata görə hadisə zamanı 2 nəfər ölüb, 4 nəfər yaralanıb. Qəzaya düşənlərin toy məclisinə getdikləri bildirilir. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən aidiyyəti üzrə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Leyla Əliyeva və Arzu Əliyeva Astarada Pəncəli Teymurovun ailəsini ziyarət ediblər
Astarada toya gedən mikroavtobus aşıb, ölənlər və yaralılar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər