"Real Madrid"in baş məşqçisi Rodriqo Qoesin gələcəyi ilə bağlı danışıb
Far.Az xəbər saytı

"Real Madrid"in baş məşqçisi Rodriqo Qoesin gələcəyi ilə bağlı danışıb


Madrid "Real"ının baş məşqçisi Xabi Alonso komandanın hücumçusu Rodriqo Qoesin gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

"Far.Az"un klubun rəsmi saytına istinadən məlumatına görə, mütəxəssis braziliyalı futbolçunun universallığını və komanda üçün əhəmiyyətini vurğulayıb.

"Rodriqo hücumda çox yönlüdür. O həm cinahlarda, həm də mərkəzdə oynaya bilir. İlin sonuna doğru xeyli irəliləyiş əldə edib, bir neçə, həqiqətən, keyfiyyətli oyun keçirdi və biz onun formasından çox yaxşı təəssürat aldıq.

O bizim üçün digər futbolçular qədər vacibdir, xüsusilə Kilyanın yoxluğunu nəzərə alsaq, hələlik bu müddətin nə qədər davam edəcəyi bəlli deyil. Bizim müxtəlif variantlarımız var və Rodriqo onlardan biri ola bilər", – deyə Alonso bildirib.

Cari mövsümdə braziliyalı futbolçu "Real"ın heyətində bütün turnirlərdə 21 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Rodriqonun Madrid klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalının məlumatına görə, futbolçunun bazar dəyəri 60 milyon avro təşkil edir.

Oxşar xəbərlər

KİV: Alvaro Arbeloa "Real Madrid"də Xabi Alonsonu əvəz edəcək əsas namizəddir
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
"Real Madrid"in sükanı arxasına Xabi Alonso keçdi
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər