KİV: Alvaro Arbeloa "Real Madrid"də Xabi Alonsonu əvəz edəcək əsas namizəddir
"Real Madrid"in gənclər komandasının baş məşqçisi Alvaro Arbeloa "Real"da Xabi Alonsonu əvəz edəcək əsas namizəddir.
Bu barədə "Report" ESPN idman nəşrinə istinadən xəbər verir.
Mənbənin məlumatına görə, Madrid klubu kadr məsələlərini həll etmək üçün qış transfer bazarına girməyi düşünürdü, lakin "qaymaqlılar"ın rəhbərliyi yanvar ayında transferlərin həyata keçirilməsini mümkün saymır.
İspaniya Super Kuboku "Real" üçün mövsümün əsas məqamı ola bilər, çünki Alonsonun gələcəyi sual altındadır və klubdakı mümkün əvəzlənməsi üçün əsas namizəd "Kastilla"nın baş məşqçisi Alvaro Arbeloa hesab olunur.
"Real Madrid" hazırda İspaniya çempionatının cədvəlində 42 xalla ikinci yerdədir və lider "Barselona"dan dörd xal geridədir.
"Real" İspaniya Super Kubokunun yarımfinalında "Atletiko Madrid"lə qarşılaşacaq. Oyun 8 yanvarda keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar
Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hikmət Babaoğlu: "Söhbət artıq razılaşmalardan deyil, onların icrasından gedir"
-
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
-
Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı
-
İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Aston Villa"nı məğlub edib
-
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq
-
UKMTO: Oman sahillərində gəmiyə hücum edilib













