Voleybol hakimliyinə yeni cəlb olunan şəxslər üçün növbəti seminar keçirilib
Far.Az xəbər saytı

Voleybol hakimliyinə yeni cəlb olunan şəxslər üçün növbəti seminar keçirilib


Azərbaycan Voleybol Federasiyasının (AVF) Hakimlər Komissiyasının tədbirlər proqramına uyğun olaraq yeni hakimlər üçün təşkil olunan üç mərhələli seminarın ikinci mərhələsi keçirilib.

AVF-dən "Far.Az"a verilən məlumata görə, proqramın birinci mərhələsində test imtahanını uğurla keçmiş 23 nəfər ikinci mərhələdə iştirak edib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan seminarı AVF Hakimlər Komissiyasının sədri, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov və sədr müavini, beynəlxalq dərəcəli hakim Zaur Hacıyev açaraq iştirakçıları salamlayıb, Yeni il münasibətilə təbrik edib və onlara uğurlar arzulayıblar.

Seminarın bu mərhələsində voleybol qaydalarının incəlikləri iştirakçılara ətraflı şəkildə izah olunub, onları maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda növbəti test imtahanı keçirilib. Nəticələrə əsasən iştirakçılar seminarın üçüncü mərhələsində iştirak hüququ qazanacaqlar.

Qeyd edək ki, belə seminarların keçirilməsində əsas məqsəd hər il yeni hakimlərin hazırlanması və mövcud kadrların peşəkarlıq səviyyəsinin artırılmasıdır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
AFFA-da "Futbolda Uşaqların Hüquqlarının Qorunması" mövzusunda seminar təşkil olunub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər