İxrac xərclərinin kompensasiyası üçün müraciətlərə baxılması qaydası təsdiqlənib
Far.Az xəbər saytı

İxrac xərclərinin kompensasiyası üçün müraciətlərə baxılması qaydası təsdiqlənib


İqtisadiyyat Nazirliyinin Kollegiyası ""İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin ödənilməsi ilə bağlı müraciət edilməsi və həmin müraciətlərə baxılması Qaydası"nı təsdiqləyib.

"Report" xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.

Qərara əsasən, dəstək üçün ərizə ilə nazirliyə müraciət edilməlidir.

Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:

- "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsində nəzərdə tutulan məlumatlar;

- ərizə hüquqi şəxsin adından verildikdə hüquqi şəxsin rəhbərinin və ya nümayəndəsinin adı, soyadı, şəxsiyyətini təsdiq edən sənədlər haqqında məlumatlar, habelə ərizəni nümayəndə imzaladıqda onun səlahiyyətini təsdiq edən sənəd haqqında məlumat;

- ərizəçinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (bundan sonra - VÖEN);

- ərizəçinin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bank və ya elektron pul təşkilatlarında (bundan sonra - bank) açılmış hesabının rekvizitləri;

- ixrac olunan malın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə (XİF MN) kodu, adı, gömrük dəyəri;

- ixrac gömrük bəyannaməsinin sorğu nömrəsi;

- mənşə sertifikatının nömrəsi;

- ərizəçinin elektron poçt ünvanı və mobil telefon nömrəsi.

Bundan başqa, dəstəyin ödənilməsi haqqında inzibati akt qəbul edildiyi halda həmin inzibati aktın qəbul edildiyi tarixdən 30 gün müddətində dəstək məbləği Nazirlik tərəfindən ərizəçinin hesabına köçürülür.

Dəstəyin ödənilməsi və ya ödənilməsindən imtina haqqında inzibati aktın etibarsız sayılmasının, ləğv olunmasının əsasları və qaydası "İnzibati icraat haqqında" qanununun 65-ci, 67-69-cu maddələri ilə müəyyən olunur. Dəstək məbləği ödənildikdən sonra dəstəyin ödənilməsi haqqında inzibati akt etibarsız sayıldığı və ya ləğv olunduğu hallarda ödənilmiş dəstək məbləği ərizəçi tərəfindən qaytarılır.

Nazirlik dəstəyin ödənilməsi ilə bağlı daxil olmuş ərizə və ona əlavə olunan sənədlərdə göstərilən məlumatları araşdırmaq məqsədilə dövlət orqanlarına (qurumlarına) və banklara sorğular göndərə bilər.

Oxşar xəbərlər

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Prezident qeyri-neft ixracının dəstəklənməsi ilə bağlı yeni kompensasiya mexanizmini təsdiqləyib
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Ad və soyadlarda dəyişiklik etmək üçün nə edilməlidir? - AÇIQLAMA
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər