Polisə quldurluqla bağlı yalan məlumat verən taksi sürücüsü saxlanılıb
Far.Az xəbər saytı

Polisə quldurluqla bağlı yalan məlumat verən taksi sürücüsü saxlanılıb


Polisə quldurluqla bağlı yalan məlumat verən taksi sürücüsü saxlanılıb.

Bu barədə "Far.Az"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Belə ki, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan 42 yaşlı Hikmət Həsənov yanvarın 3-də Xətai rayonu ərazisində olan zaman avtomobilinə müştəri kimi əyləşən şəxs tərəfindən hücuma məruz qaldığı barədə polisə müraciət edib.

O bildirib ki, naməlum şəxs onu kəsici-deşici alətlə hədələyərək 80 manat pulunu talayıb. Xətai Rayon Polis İdarəsi 36-cı Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə H. Həsənovun polisə bilə-bilə yalan məlumat verdiyi müəyyən olunub. O, müştərinin onun pulunu vermədiyi üçün polisə bilərəkdən quldurluq hadisəsi ilə üzləşdiyi barədə yalan məlumat verdiyini etiraf edib.

H. Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanılıb.

Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.

Oxşar xəbərlər

Azərbaycanda qan banklarının siyahısı yenilənib
Polisə quldurluqla bağlı bilərəkdən yalan məlumat verən taksi sürücüsü saxlanılıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər