Oğuzda qəzada ər-arvad və azyaşlı övladları yaralandı
Far.Az xəbər saytı

Oğuzda qəzada ər-arvad və azyaşlı övladları yaralandı


Oğuzda avtomobil ağaca çırpılıb, ər-arvad və azyaşlı övladları xəsarət alıb.

Far.Az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saat 17 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Bucaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Zaqatala rayon Cobankol kənd sakini Sarvan Piriyev idarə etdiyi "Mersedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı Sarvan Piriyev, həyat yoldaşı Cəhanə Piriyeva və 10 yaşlı övladları Ayan Piriyeva müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Yaralılar Oğuz rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Oğuzda qəzada ər-arvad və azyaşlı övladları yaralandı

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər