Azərbaycanda ilk dəfə keçiriləcək dağ xizəyi üzrə beynəlxalq turnirə 20-dən çox idmançı qatılacaq
Far.Az xəbər saytı

Azərbaycanda ilk dəfə keçiriləcək dağ xizəyi üzrə beynəlxalq turnirə 20-dən çox idmançı qatılacaq


Azərbaycanda ilk dəfə keçiriləcək dağ xizəyi üzrə beynəlxalq turnirə 20-dən çox idmançı qatılacaq.

Bunu "Report"a Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat katibi Orxan Bədəlov deyib.

Onun sözlərinə görə, yarış "Şahdağ" Turizm Mərkəzi və federasiyanın birgə təşkilatçılığı ilə baş tutacaq:

"Turnir üçün qeydiyyat prosesi sabah bitəcək. Bu günə olan məlumata əsasən, 20-dən çox idmançı yarışa qatılacaq. İsveçrə, Macarıstan, Sloveniya, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Özbəkistan və Honq-Konqdan olan xizəkçilər mübarizə aparacaqlar. Azərbaycanı isə Anastasiya Papatoma təmsil edəcək".

Qeyd edək ki, "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri yanvarın 8-11-i aralığında keçiriləcək.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən minifutbol turniri yekunlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər