Lənkəranda oğrular mürəbbə yeyib evi yandırdılar - İDDİA
Lənkəranda iki mərtəbəli evdə yanğın olub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə saat 6-7 radələrində Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb.
Kənd sakini Şamil Qurbanova məxsus ikimərtəbəli 8 otaqlı evdə başlanan yanğın bir anda ətrafa yayılıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Qısa müddətdə yanğın söndürülüb. Alovun digər otaqlara keçməsinin qarşısı alınıb.
Ev sahibi bildirib ki, yanğın baş verən zaman 5 nəfər ailə üzvü ilə Bakı şəhərində olub. Yaxınları onlara zəng edərək evlərinin yandığını deyiblər. Bakıdan evlərinə qayıdan ailə evə baxış keçirən zaman evdə bəzi əşyaların olmadığını görüblər. Ev sahibi iddia edir ki, evdən oğurluq olub, hətta oğurluq edənlər mətbəxdə mürəbbə yeyib sonra evə od vurublar. Vaxtında görülən tədbirlər nəticəsində evin tam yanmasının qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev bildirib ki, yanvar ayının 6-da Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən evlərin birindən oğurluq edilməsi, daha sonra həmin ünvanda yanğın hadisəsinin baş verməsi ilə bağlı polisə müraciət daxil olub. Hazırda həmin müraciət üzrə Lənkəran Şəhər Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılır.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İngiltərə - Argentina oyunu başlayıb
-
Qahirə və Bakı arasında müntəzəm birbaşa aviareyslər açıla bilər
-
Birbank-la bütün suallara cavab almağın QISA YOLU VAR
-
Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
-
İçməli su küçəyə axır - Sakinlərdən şikayət
-
Azərbaycan və Serbiya Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib













