Aqrar Sığorta Fondu ötən ilki sığorta ödənişlərinin həcmini açıqlayıb
Far.Az xəbər saytı

Aqrar Sığorta Fondu ötən ilki sığorta ödənişlərinin həcmini açıqlayıb


Ötən il Aqrar Sığorta Fondu fermerlərə 9 milyon 147 min manat sığorta ödənişi edib.

"Far.Az" Fonda istinadən xəbər verir ki, bu, 2024-cü ildə edilmiş ödənişlərlə müqayisədə 2,7 milyon manat və ya 43 % çoxdur.

Bildirilib ki, 2025-ci ildə həyata keçirilən sığorta ödənişlərinin 8 milyon 753 min manatı bitkiçilik, 394 min manatı isə heyvandarlıq sığortasının payına düşüb. Ötən il ödənişlərin əsas hissəsi meyvə bağları - şaftalı, nektarin, badam, taxıl, qarğıdalı və sair bitkilərə aid olub.

Ümumilikdə, 2020-ci ildə fəaliyyətə başlayandan indiyədək Aqrar Sığorta Fondu tərəfindən 22,6 milyon manat sığorta ödənişi həyata keçirilib.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
Azərbaycanda meyvə bağını şaxta vurması üzrə 712 min manat sığorta ödənişi edilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
İndiyədək utilizasiyaya verilən nəqliyyat vasitələrinin sayı və ödənişlərin həcmi AÇIQLANDI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər