Şahmat üzrə Azərbaycan I Dəstəsində mübarizəyə start verilib
Far.Az xəbər saytı

Şahmat üzrə Azərbaycan I Dəstəsində mübarizəyə start verilib


Şahmat üzrə Azərbaycan I Dəstəsində mübarizəyə start verilib.

"Report"un məlumatına görə, Respublika Şahmat Mərkəzində təşkil olunan yarışın açılış mərasimində çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov iştirakçılara uğurlar arzulayıb və güclülərin cari ildə də Azərbaycan çempionatına vəsiqə qazanacağını qeyd edib.

Sonra yarışın baş hakimi Azər İbrahimov şahmatçıları qaydalar barədə məlumatlandırıb.

Qeyd edək ki, kişilərin yarışında 40, qadınların mübarizəsində isə 20 şahmatçı mübarizə aparır.

Yarış FIDE oyun qaydaları əsasında İsveçrə sistem üzrə 9 turdan ibarət olmaqla keçirilir. I Dəstədə kişilər arasında ilk 9, qadınlar arasında isə ilk 2 yeri tutanlar Azərbaycan çempionatına vəsiqə qazanacaq.

Turnirə yanvarın 14-də yekun vurulacaq. Çempionatın mükafat fondu 10 min manat təşkil edir.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Azərbaycan şahmatçıları qalib olublar
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər