2025-ci ildə Azərbaycanın dövlət sərhədində 128 milyon manatlıq qaçaqmal tutulub
Far.Az xəbər saytı

2025-ci ildə Azərbaycanın dövlət sərhədində 128 milyon manatlıq qaçaqmal tutulub


Ötən il Azərbaycanın dövlət sərhədində 128 milyon 255 min 862 manat dəyərində qaçaqmal tutulub.

"Report" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətində 2025-ci ilin xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsində qeyd olunub.

Bildirilib ki, ötən il ərzində Dövlət Sərhəd Xidmətinin struktur qurumları tərəfindən, həmçinin digər hüquq-mühafizə orqanları ilə birgə ümumilikdə 4 ton 311 kiloqram 864 qram narkotik vasitənin, 78 min 457 ədəd psixotrop tərkibli və güclü təsiredici həbin, 128 milyon 255 min 862 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

Bundan başqa, 24 ton 585 kiloqram narkotik xassəli bitki məhv edilib.

Oxşar xəbərlər

Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Son 11 ayda narkotiklə bağlı 7 min 441 cinayət faktı aşkarlanıb
Kəngərlidə narkotik vasitələr və psixotrop maddələr məhv edilib
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 106 il ötür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər