Ötən il ASCO gəmiləri ilə yükdaşımaların həcmi 5 %-dən çox artıb
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmiləri ilə 2025-ci il ərzində 9 milyon 85 min 935 ton yük daşınıb.
Bu barədə "Far.Az"un sorğusuna cavab olaraq ASCO-dan bildirilib.
Məlumata əsasən, bu da 2024-cü illə müqayisədə 5,38 % artım deməkdir. Bildirilib ki, ən yüksək artım quru yük gəmiləri ilə daşımalarda qeydə alınıb. Ötən il ərzində bu tip gəmilərlə 1 milyon 324 min 999 ton yük daşınıb. Bu, 2024-cü ilin eyni göstəriciləri ilə müqayisədə 45 %-dən çoxdur.
Ötən il tankerlərlə daşınan yükün həcmində də artım müşahidə olunub. Belə ki, 2024-cü ildə 4 milyon 216 min 243 ton yük daşındığı halda, 2025-ci ildə bu göstərici 4 milyon 310 min 46 tona çatıb. Beləliklə, bu seqment üzrə daşımalarda 2 %-dən çox artım qeydə alınıb.
Statistikaya əsasən, 2024-cü ildə bərə gəmiləri ilə 76 min 757 ədəd təkərli texnikanın (vaqon, TIR və avtotexnika ) daşınması həyata keçirilib. 2025-ci ildə də təxminən eyni səviyyədə, yəni 77 min 71 ədəd vaqon, TIR və avtotexnika daşınıb.
Bundan başqa, ötən il ASCO-nun gəmiləri ilə daşınan konteynerlərin sayı 22 min 30 TEU olub. Bu isə 2024-cü illə müqayisədə 203 % artım deməkdir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanın 2025-ci ildə tranzit və yükdaşımada əldə etdiyi nailiyyətlər - TƏHLİL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabahdan böyük DƏYİŞİKLİK! 6 Ekspres avtobus xətti işə düşür - Haradan-haraya
-
Özünü hər sahədə göstərə bilən bürclər
-
SOCAR-ın borc öhdəlikləri açıqlanıb
-
Türkiyədə viza fırıldaqçılığı ilə məşğul olan 37 nəfər həbs edilib
-
Nardaranda BƏDBƏXT HADİSƏ: Hovuzda ayağı su nasosunda qalan uşaq öldü
-
Netanyahu: Nüvə silahlı "İslam respublikası" Britaniya olacaq













