Qardaşına qalib gəlib çempion oldu
Bakı İdman Sarayında keçirilən yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında nadir rast gəlinən maraqlı hadisə yaşanıb.
Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, yarışın 97 kq çəki dərəcəsində qızıl medal uğrunda həlledici görüşdə "Neftçi" İdman Klubunun üzvləri olan iki qardaş – Məhəmməd və Murad Əhmədiyevlər üz-üzə gəliblər.
Görüşdə qalib gələn Murad Əhmədiyev (97 kq) ardıcıl ikinci dəfə çempion olub.
Bildirək ki, qardaşlardan Murad Əhmədiyev ötən ilin sentyabrında Zaqrebdə keçirilən dünya çempionatında erməni rəqibi, çoxqat dünya və Avropa çempionu Artur Aleksanyanı məğlub etmişdi. Məhəmməd Əhmədiyev isə U-23 yaş qrupu üzrə beynəlxalq turnirlərin mükafatçısıdır.
Qeyd edək ki, yanvarın 7-də start verilən sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatına ayın 11-də yekun vurulacaq.
Oxşar xəbərlər
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb













