"Qarabağ" azarkeşləri üçün "Enfild"də ayrılan yerlərin sayı bəlli olub
Far.Az xəbər saytı

"Qarabağ" azarkeşləri üçün "Enfild"də ayrılan yerlərin sayı bəlli olub


UEFA Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu turunda baş tutacaq "Liverpul"la matçda "Qarabağ"ın azarkeşləri üçün "Enfild"də ayrılan yerlərin sayı bəlli olub.

Bu barədə "Report"a Ağdam klubunun mətbuat xidmətindən bildirilib.

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "Liverpul" (İngiltərə) - "Qarabağ" FK matçını "Anfield"də izləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat 12:00-dan etibarən satışa çıxarılacaq.

"iTicket.az" saytında onlayn şəkildə satılacaq biletlərin qiyməti 115 AZN təşkil edir. "Qarabağ" azarkeşləri üçün "Anfield"də 1250 yer ayrılıb.

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-i Bakı vaxtı ilə 00:00-da start götürəcək.

Oxşar xəbərlər

Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı - QİYMƏTLƏR
Ucuz qiymətə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - 1300 AZN-dən başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər