Qusarda təşkil olunan beynəlxalq turnirdə ikinci günün qalibləri müəyyənləşib
Azərbaycan Qış İdmanı Növləri Federasiyası (AQNİF) və "Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə Qusarda keçirilən "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turnirində ikinci günün qalibləri müəyyənləşib.
"Report"un AQNİF-ə istinadən məlumatına görə, Beynəlxalq Xizək Federasiyasının (FIS) təqviminə uyğun təşkil olunan yarışın növbəti günündə idmançılar slalom növü üzrə mübarizə aparıblar.
Gərgin keçən yarışın yekununda İsveçrə təmsilçisi Nikita Anner birinci yeri tutub. Qazaxıstanlı Dalel Talkunova ikinci, gürcüstanlı Nino Tklauri isə üçüncü pillədə qərarlaşıb.
Qarşıdakı günlərdə idmançılar slalom və qiqant slalom növləri üzrə yarışlarda mübarizəni davam etdirəcəklər.
Qeyd edək ki, yarışlarda Azərbaycanla yanaşı İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Honkonq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal, Özbəkistan və Qazaxıstandan 20 qadın idmançı qüvvəsini sınayır. Ölkəmizi turnirdə Anastasiya Papatoma təmsil edir. Turnir yanvarın 11-dək davam edəcək.
Oxşar xəbərlər
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident Şahdağ Turizm Kompleksindəki “Lakeside” hotelində aparılan işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb













