Azərbaycan Türkiyədən mədən sənayesi məhsullarının idxalına çəkdiyi xərci 19 %-ə yaxın azaldıb
2025-ci ildə Azərbaycan Türkiyədən 11,698 milyon ABŞ dolları dəyərində mədən sənayesi məhsulları idxal edib.
"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 18,7 % azdır.
Təkcə dekabr ayında isə Türkiyə Azərbaycana 932 min dollarlıq mədən sənayesi məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 30 % azdır.
Ötən il Türkiyənin mədən sənayesi məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 3,4 % artaraq 6,213 milyard ABŞ dollarına, dekabrda isə 10,2 % artaraq 589 milyon ABŞ dollarına çatıb.
Türkiyədən ən çox idxalı Çin 1 milyard 641,971 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 2,9 % az), ABŞ 538,036 milyon ABŞ dolları (6,3 % çox) və Bolqarıstan 459,696 milyon ABŞ dolları (1,2 % çox) həyata keçirib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
2025-ci ildə Azərbaycanın təbii qaz gəlirləri 6,7 milyard dollar olub - STATİSTİKA
Azərbaycan Türkiyədən mədən sənayesi məhsulları idxalına çəkdiyi xərci 18 %-ə yaxın azaldıb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













