Azərbaycan Türkiyədən kimyəvi məhsulların idxalına çəkdiyi xərci 2 %-ə yaxın artırıb
Far.Az xəbər saytı

Azərbaycan Türkiyədən kimyəvi məhsulların idxalına çəkdiyi xərci 2 %-ə yaxın artırıb


2025-ci ildə Azərbaycan Türkiyədən 536,632 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsullar idxal edib.

"Far.Az" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 1,8 % çoxdur.

Təkcə dekabrda isə Türkiyə Azərbaycana 48,612 milyon ABŞ dollarlıq kimyəvi maddələr və məhsullar ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 6,1 % çoxdur.

Ötən il Türkiyənin kimyəvi maddələr və məhsullar ixracının ümumi dəyəri illik müqayisədə 3,9 % artaraq 31 milyard 932 milyon ABŞ dolları, dekabrda isə 0,5 % azalaraq 2 milyard 644 milyon ABŞ dolları olub.

Türkiyədən ən çox idxalı Rumıniya 1,777 milyard ABŞ dolları (1 il əvvələ nisbətən 16,8 % az), İtaliya 1,661 milyard ABŞ dolları (12,1 % çox) və Almaniya 1,317 milyard ABŞ dolları (6,6 % çox) həyata keçirib.

Oxşar xəbərlər

2025-ci ildə Azərbaycanın təbii qaz gəlirləri 6,7 milyard dollar olub - STATİSTİKA
Azərbaycan Türkiyədən kimyəvi məhsullar idxalına çəkdiyi xərci 1,5 % artırıb
Azərbaycan Türkiyədən ötən il polad idxalına çəkdiyi xərci açıqlayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər