Bir həftə əvvəl Qobustanda yol qəzasında yaralanan şəxs xəstəxanada ölüb
Far.Az xəbər saytı

Bir həftə əvvəl Qobustanda yol qəzasında yaralanan şəxs xəstəxanada ölüb


Bir həftə əvvəl Qobustan rayonunda baş verən yol qəzasında xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, yanvarın 4-də Qobustan rayonu ərazisində qeydə alınan ağır yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan Qax rayon sakini, 27 yaşlı Ağalı Rəfa Rizvan oğlu həkimlərin göstərdikləri səylərə baxmayaraq Bakıda Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə Bakı-Şamaxı-Yevlax tolunun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınmışdı. Belə ki, "Chevrolet" markalı avtomobil idarəetmədən çıxaraq eyni istiqamətdə hərəkətdə olan "Toyota" markalı maşınla toqquşmuşdu. Hadisə nəticəsində "Chevrolet"in sürücüsü 26 yaşlı Rəfa Ağalı xəsarət almışdı.

Oxşar xəbərlər

Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər