Milli Məclisin yaz sessiyasının ilk komitə iclası yanvarın 16-da keçiriləcək
Far.Az xəbər saytı

Milli Məclisin yaz sessiyasının ilk komitə iclası yanvarın 16-da keçiriləcək


Milli Məclisin 2026-cı il yaz sessiyasının ilk komitə iclası yanvarın 16-da keçiriləcək.

"Report" xəbər verir ki, parlamentin yaz sessiyası Regional məsələlər komitəsinin iclası ilə başlayacaq.

Komitə iclasının gündəliyinə 2025-ci ilin payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabat və yaz sessiyası üçün iş planının layihəsi daxil edilib.

Xatırladaq ki, Milli Məclisin deputatlarının tətil müddəti yanvarın 15-də başa çatacaq.

Parlamentin Daxili Nizamnaməsinə əsasən yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Bu il fevralın 1-i bazar gününə təsadüf etdiyindən parlamentin yaz sessiyası ayın 2-dən başlayacaq.

Oxşar xəbərlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
MM-in payız sessiyasının dekabrın 30-da keçiriləcək son plenar iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib
MM-in payız sessiyasının dekabrın 30-da keçiriləcək son plenar iclasının gündəliyi açıqlanıb
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər