Naxçıvan şəhərində ötən il 623 yeni iş yeri açılıb
Ötən il Naxçıvan şəhərində 10 istehsal və xidmət sahəsi yaradılıb, daha 10 sahənin fəaliyyəti genişləndirilib.
"Report"un yerli bürosu xəbər verir ki, bunu şəhərin icra başçısı Cabbar Musayev Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən "2025-ci ildə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr" mövzusunda hesabat tədbirində bildirib.
Onun sözlərinə görə, hazırda daha 5 istehsal və xidmət sahəsinin yaradılması, həmçinin 9 sahənin fəaliyyətinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
"Hesabat dövründə Naxçıvan şəhərində ümumilikdə 623 yeni iş yeri açılıb. Bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı isə 882,6 manat təşkil edib", - C. Musayev qeyd edib.
Oxşar xəbərlər
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













