Naxçıvanda ötən il ÜDM istehsalı 9,9 % artıb
Ötən il Naxçıvan şəhərində ümumi daxili məhsul (ÜDM) istehsalı 2024-cü illə müqayisədə 9,9 % artaraq 690 milyon 428 min 700 manata çatıb.
"Report"un yerli bürosu xəbər verir ki, bunu şəhərin icra başçısı Cabbar Musayev Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən "2025-ci ildə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr" mövzusunda hesabat tədbirində bildirib.
O, 2025-ci ildə ÜDM-nin strukturunda bütün sahələrində artım olduğunu qeyd edib: "Sənaye məhsulu istehsalı əvvəlki illə müqayisədə 4,3 % artaraq 240 milyon 250 min 700 manat təşkil edib. Rabitə və informasiya xidmətlərində 4,3 %, pərakəndə ticarət dövriyyəsində 4,1 %, ictimai iaşə dövriyyəsində 2,1 %, əhaliyə göstərilən ödənişli xidmətlərdə isə 0,3 % artım olub".
C Musayevin sözlərinə görə, hesabat dövründə əsas kapitala yönəldilən vəsait 228 milyon 271 min 300 manat olub ki, bu da əvvəlki illə müqayisədə 41,7 % artım deməkdir. Tikinti-quraşdırma işlərinə yönəldilən vəsait isə 14,7 % artaraq 149 milyon 443 min 400 manata çatıb.
Oxşar xəbərlər
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













