Baş prokuror: Müsabiqə yolu ilə qulluğa qəbul edilən prokurorluq işçiləri kadr korpusunun 97 %-ni təşkil edir
Hazırda 51 gənc mütəxəssisin müvafiq vakant ştat vahidlərinə təyin edilməsi nəticəsində müsabiqə yolu ilə qulluğa qəbul edilən prokurorluq işçiləri kadr korpusunun 97 %-ni təşkil edir.
"Far.Az" xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev prokurorluq orqanlarında qulluğa yeni qəbul edilən gənc hüquqşünasların andiçmə mərasimi zamanı deyib.
O bildirib ki, ümumilikdə 2020-2025-ci illərdə elan edilən müsabiqələr üzrə qulluğa qəbul edilən 21 nəfər xarici ölkələrin, o cümlədən 8-i Ukrayna , 6-ı Rusiya, 3-ü Türkiyə, 1-i Böyük Britaniya və Şimali İrlandiya, 1-i Qazaxıstan, 1-i Qırğızıstan, 1-i isə Belarusun ali təhsil müəssisələrinin məzunudur:
"13 nəfər türk, 34 nəfər rus, 20 nəfər ingilis, 6 nəfər həm rus, həm ingilis, 1 nəfər isə həm türk, həm də ingilis dilini sərbəst bilir. Müvəffəqiyyət əldə etmiş namizədlərdən 1 nəfər Vətən müharibəsində, 1 nəfəri isə Azərbaycanın suverenliyinin bərpası uğrunda 19-20 sentyabr 2023-cü il tarixdə Qarabağ iqtisadi regionunda qanunsuz erməni silahlı birləşmələrinə qarşı keçirilmiş antiterror əməliyyatlarında iştirak edib".















