Müdafiə Nazirliyi və Hərbi Prokurorluq arasında birgə tədbirlər planı imzalanıb
Far.Az xəbər saytı

Müdafiə Nazirliyi və Hərbi Prokurorluq arasında birgə tədbirlər planı imzalanıb


Azərbaycan Ordusunda 2026-cı il ərzində hərbi intizamın gücləndirilməsi və hüquq pozuntularının qarşısının alınması məqsədilə Azərbaycan Müdafiə Nazirliyi və Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb.

Bu barədə "Far.Az"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sənəddə cari il boyu həyata keçirilməsi planlaşdırılan birgə tədbirlər, onların icra müddəti, keçiriləcəyi yerlər və məsul şəxslər müəyyən edilib.

Tədbirlər planına əsasən, 2026-cı il ərzində Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növləri, birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində xidmət edən hərbi qulluqçularla Hərbi Prokurorluq əməkdaşlarının görüşlərinin təşkili nəzərdə tutulur.

Bu görüşlər çərçivəsində şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və qanunçuluğun möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılmasına yönəlmiş tədbirlərin icrası öz əksini tapıb.

Oxşar xəbərlər

27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Ordusunda Müstəqilliyin Bərpası Günü qeyd olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər