Bu il Bakıda "ADEX" sərgisində yeni məhsul və texnologiyalar nümayiş olunacaq
6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi "ADEX" 30 sentyabr - 2 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində təşkil ediləcək.
"Far.Az" xəbər verir ki, "ADEX" sərgisi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı "Caspian Event Organisers" şirkətidir.
Sərginin xarici ölkələrdən qatılan iştirakçıları arasında Türkiyədən "Roketsan", "Aselsan Elektronik San. ve Tic. A.Ş.", "Turkish Aerospace Industries" – TAI, İtaliyadan "Leonardo", Çexiyadan "Excalibur Army SPOL S.R.O", Birləşmiş Ərəb Əmirliklərindən "Edge Group PJSC", İspaniyadan "INDRA", İsraeldən "IAI - Israel Aerospace Industries", "Plasan" və digər dünyaca tanınmış şirkətləri təmsil olunacaq.
Bir sıra ölkələr "ADEX"də milli qruplar şəklində iştirak edəcəklər. Bu ölkələr sırasında Belarus, Çexiya, İsrail, İtaliya, Türkiyə və Slovakiya, bir neçə şirkət isə sərgidə fərqli formatda təmsil olunacaqlar. Əvvəlki illərdə olduğu kimi bu il "ADEX"ə yeni ölkələr və şirkətlərin qatılmasını gözlənilir.
Ənənəvi olaraq, "ADEX" müxtəlif ölkələrdən nüfuzlu qonaqları və nümayəndə heyətlərini cəlb edir. Bu il də sərgidə yüksək səviyyəli rəsmi nümayəndə heyətlərinin iştirak etməsi gözlənilir.
Eyni zamanda "ADEX" sərgisi üçün geniş işgüzar proqram hazırlanıb.
Tədbirlər çərçivəsində sahə üzrə aktual mövzuları əhatə edən panel müzakirələri və çoxsaylı işgüzar görüşlər keçiriləcək. Azərbaycanın müvafiq qurumlarının nümayəndələri ilə sərgi iştirakçıları, eləcə də beynəlxalq nümayəndə heyətlərinin üzvləri və sərgi iştirakçıları arasında ikitərəfli görüşlər təşkil olunacaq.
"ADEX" yüksək səviyyəli rəsmi nümayəndələrin, beynəlxalq şirkətlərin və sənaye liderlərinin iştirakı ilə keçirilərək, növbəti dəfə müdafiə sahəsində ən son innovasiya və qabaqcıl texnologiyaların sərgiləndiyi mühüm məkana çevriləcək, eyni zamanda hərbi-texniki əməkdaşlıq və strateji tərəfdaşlıqlar üçün geniş imkanlar yaradacaq.
Sərgi bağlı yenilənən məlumatları rəsmi internet saytından (www.adex.az) və sosial şəbəkə hesablarından əldə etmək mümkündür.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Daşkəsəndə şəhidlərin xatirəsi anılıb, ehsan süfrəsi təşkil olunub
-
Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib
-
Hörmüz boğazında kommersiya gəmiçiliyinin intensivliyi 75% azalıb
-
Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb
-
Bakıya gəlmək istəyən erməni tankları
-
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb













